BİZƏ ZƏNG EDİN
+99477 450 20 15
|

SOLİDAİR

          Alman brendi BOGE-nin SOLIDair unikal kompressor avadanlığı öz əla keyfiyyəti və ən yaxşı xüsusiyyətləri: iş zamanı yüksək effektivlik və səs-küyün səviyyəsinin aşağı olması ilə məşhurdur.
 
          SOLIDair, Alman kompressor texnikası istehsalçısı BOGE Group-un ikinci brendidir. SOLIDair kompressorları rəqabətədavamlı qiymətləri və yüksək effektivliyi ilə fərqlənirlər.
 
          BOGE-nin Azərbaycandakı rəsmi sertifikatlaşdırılmış tərəfdaşı olan “ANZ Energy” şirkəti öz müştərilərinə əlverişli qiymətə yüksək keyfiyyətli kompressorlar təklif edir. BOGE kompressorlarının bir çox istifadəçiləri artıq bizim daimi müştərilərimiz olublar.
 
          Xidmətlərimizin Keyfiyyəti, Etibarlılığı və Dəqiqliyi müştərilərimiz arasında böyük nüfuz qazanmağımıza imkan verib.
 
          Əlverişli qiymətə ən yaxşı kompressor.
 
1) Vidalı kompressorlar
          15 kVt-a qədər diapazonda biz, əlavə olaraq, qəbuledicilərdə yerləşdirilmiş, həmçinin, daxilinə soyuducu quruducular quraşdırılmış kompressorlar şəklində olan kompressor stansiyalarını təklif edirik. Texniki xidmətin sadəliyi üçün hər biri elektron idarəetmə və xarici siklon yağ separatoru ilə təchiz edilmişdir. Ən yaxşı qiymətə maksimum məhsuldarlıq və uzun ömürlü xidmət!
• Qəbuledicidə kompressor qurğuları
• Qəbuledicidə quruducu və filtrli kompressor qurğuları
• 75 kVt (11)-a qədər olan kompressorlar.
 
2) SOLIDdrive seriyasının pistonlu kompressorları kiçik istehsalat sahələrində istifadə olunur. SOLIDbase seriyası, əsasən, sənaye sahələrində tətbiq olunur.
 
3) Stomatoloji kompressorlar
          SOLIDdent seriyasının yağsız kompressorları təchiz olunmuş havanın keyfiyyətinə yüksək tələblərin qoyulduğu stomatologiya, tibb və s. kimi sahələrdə tətbiq olunur.
 
4) Sıxılmış havanın soyuducu quruducuları

Start typing and press Enter to search

Shopping Cart

Корзина пуста.