BİZƏ ZƏNG EDİN
+99477 450 20 15
|

ALMİG

ALMiG – bu bir abreviaturadırAutomatische Luftpumpen – Made in Germany (Avtomatik Hava NasoslarıAlmaniyada istehsal olunmuşdur).

ALMiG sıxılmış hava sistemlərinin aparıcı təchizatçılarından biridir və bu sahədə premium-sinif məhsulların tədarükündə bir neçə onillik təcrübəyə malikdir. Bütün dünyada ALMiG-in keyfiyyətinə, innovasiya və rahatlığına, müştəri qərarlarına etibar edirlər.  

 

ALMiG müştəriləri tədarük olunan məhsulların hərtərəfli servis xidməti ilə yanaşı, vidalı kompressorlar, pistonlu kompressorlar, spiral tipli kompressorlar, turbo kompressorlar, həmçinin müştəri tələblərinə uyğun fərdi təklifləri özündə birləşdirən, yüksək texnologiyalı kompressor avadanlıqlarını əldə edirlər. Qabaqcıl texnologiyalar təklif olunan məhsulların mükəmməl iş xüsusiyyətləri ilə mümkün olan ən aşağı səs təzyiqi səviyyəsi, optimal enerji səmərəliliyi və ətraf mühitə uyğunluğunu birləşdirir.

Şirkət 1993-cü ildən bəri Alman keyfiyyətini nümayiş etdirir.

ALMIG: Almaniya istehsalı olan kompressor sistemləri

Pistonlu kompressorlar

Vidalı kompressorlar

Turbo kompressorlar

Xüsusi qurğular

İdarəetmə vasitələri

Sıxılmış hava hazırlığı

Xidmətlər

Sertifikatlar:

ISO 1217-3 Əlavə C-1996

ASME

OSHA

ИРИС

ISO 9001:2000

ISO 14001:2004

 

Vidalı kompressorlar

ALMiG-dən məhz konkret bir məsələnin həlli üçün tələb olunan vidalı kompressoru sifariş etmək olar. Bizim kompressorlarımız modullardan yığılır, yəni, bu o deməkdir ki, müştəri öz tələblərinə uyğun olanı seçmək imkanı qazanır. ALMiG vidalı kompressoru –minimum əməliyyat xərclərilə, fasiləsiz iş zamanı misilsiz etibarlıq göstəriciləri olan yüksək səviyyəli bir avadanlıqdır. Və bu da – praktik olaraq istənilən sahədə tətbiq olunur. Kompressoru sifariş etmək asandır: texniki xüsusiyyətlərə uyğun olaraq kataloqda ehtiyac duyduğunuzu seçin və sizə uyğun istənilən üsulla bizimlə əlaqə saxlayın.

Yağsız kompressorlar

ALMiG — təmiz, 100 %  yağsız sıxılmış havanın ehtiyac duyulduğu bütün tətbiq sahələri üçün düzgün təkliflər irəli sürür.

Qida və içki sənayesi, əczaçılıq sənayesi və ya tibb kimi bir çox sektorda yağsız sıxılmış hava bir çox tətbiqlər üçün zəruridir. Nümunə olaraq, ALMiG su inyeksiyalı vidalı kompressoru sıxılmış havanın lazımi təmizlik səviyyəsinə zəmanət verir və əlavə üstünlüklər təqdim edir.

Zəmanətli 100% yağsız sıxılmış hava!

Turbo kompressorlar

Sıxılmış hava texnologiyasının tətbiq olunduğu bir çox xüsusi sahələrdə görülən işin texniki şərtlərinə cavab verən avadanlıqlar  tələb olunur. DYNAMIC turbo kompressorları, əsasən orta və iri neftayırma zavodlarında, neft-kimya, poladtökmə və maşınqayırma sənayesində – faktiki olaraq, 100 % yağsız sıxılmış hava ilə etibarlı və fasiləsiz təchiz olunan hər yerdə istifadə olunur – və eyni zamanda, yüksək dərəcə qənaətlidir.

Spiral kompressorlar

Yeni SCROLL seriyası yüksək keyfiyyətli yağsız sıxılmış hava almaq üçün yaradıcı yanaşma və qabaqcıl texnologiyaları özündə birləşdirir.

Havanın hazırlanması

Sıxılmış havanın optimal istifadəsini təmin etmək üçün o, quru, təmiz, bəzi hallarda isə yağsız olmalıdır. Bu, hər bir ayrıca tətbiq sahəsinin tələblərinə müvafiq olaraq, lazımi keyfiyyətdə sıxılmış havaya zəmanət vermək üçün kifayət qədər ciddi bir səbəbdir.

İdarəetmə sisteümləri

ALMiG tərəfindən hazırlanmış AIR CONTROL vasitəsilə bütün sıxılmış havanın ötürülməsi sistemini ən yaxşı şəkildə nəzarət edə, idarə edə və izləmək olar. Kontrollerlərin yaradılması üçün ən yeni mikroprosessorlar və rabitə texnologiyalarından istifadə olunur ki, bu da müştəriyə optimal və rahat iş rejimini, tənzimləmə rahatlığını və bütün modellərin kompressorlarının qüsursuz inteqrasiyasını zəmanət verir.

Ən əhəmiyyətli üstünlükləri:

  • standart internet-brauzer üzərindən sadə iş;
  • internet vasitəsilə müştərinin öz şəbəkəsində və ya dünyanın hər hansı bir yerində təhlil aparmaq imkanı;
  • istifadəçinin fərdi identifikasiya prosedurundan istifadə edərək qoşulmanın qorunması;
  • müxtəlif parametrlərin cədvəl və ya qrafik şəklində göstərilməsi;
  • istismarla əlaqəli bütün parametrlərin fasiləsiz olaraq izlənməsi;
  • texniki xidmətlərin keçirilməsi və ya imtinaların yaranması ilə bağlı xəbərdarlıqlar olduqda elektron poçt vasitəsilə bildirişlərin operativ göndərilməsi, bu halda bildirişlər siyahısı beş ünvana qədər ola bilər;
  • bütün müvafiq məlumatların Office proqramlar paketinə, məsələn, MS Excel-ə ötürülməsi rahatlığı;
  • parametrlərin asan anlaşılan vizual təsvirii;
  • verilənlərin gələcək emalı üçün CSV-faylların yaradılması.

Şirkətimiz yük avtomobilləri və dəmiryol nəqliyyatının yüksək etibarlığını təmin edir, qabaqcıl texnologiyaya zəmanət verir. ALMiG Rail Systems sıxılmış havanın istehsalı və hazırlanması üçün hər zaman keyfiyyəti, yenilikçiliyi və müştəri anlayışını nəzərə alan avadanlıq təmin edir.

 

Dəmir yolu sənayesi üçün aparıcı tədarükçü sistemlərdən biri olan ALMiG şirkəti, sıxılmış hava texnologiyasını təkmilləşdirmək üzrə davamlı elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə investisiya yatırır.

 

ALMiG-in dünyanın hər yerində, o cümlədən Azərbaycanda da avadanlıqların istehsalı, satışı və bütün qitələrə servisini təmin edən nümayəndəlikləri var.

 

.

Keyfiyyət və etibarlılıq

Kompressorlar

  • Vidalı və pistonlu kompressorlar
  • Yağsız kompressorlar
  • Çəkiyə görə optimallaşdırılmış modul və etibarlı alt sistem
  • Həyat tsiklinin aşağı dəyəri (LLC)
  • Səs-küy və vibrasiyanın aşağı səviyyəsi
  • “Almaniya İstehsalı” Keyfiyyəti

Hava quruducuları

  • Quru və təmiz havanın alınması üçün bir- və ikikameralı adsorbsiya quruducuları
  • Bütün texnoloji proses sisteminin təhlükəsizliyi və effekticliyi
  • Texnoloji prosesin bütün sistemlərinin təhlükəsizliyi və səmərəliliyi
  • Ekstremal temperaturlarda avadanlığın imtinasızlığı

Mühəndis-konstruktor işləri

  • Fərdi konstruktor həlli və sistemə inteqrasiya
  • Rahat və qənaətcil texniki xidmət
  • Vaqonun altına quraşdırmaq üçün hermetik və səssiz sistemlər

Köməkçi avadanlıqlar

  • Filtrasiya sistemi
  • Yanğın siqnalizasiyası və yanğın söndürmə sistemləri
  • Təzyiq relesi
  • Kondensat kollektorları
  • Qoruyucu klapanlar

Start typing and press Enter to search

Shopping Cart

Корзина пуста.