BİZƏ ZƏNG EDİN
+99477 450 20 15
|

BOGE

BOGE – yüksək keyfiyyətli kompressor avadanlığının və sıxılmış havanın hazırlanması sisteminin işlənib hazırlanması üzrə sahibkarlar tərəfindən idarə olunan böyük alman şirkətidir.

     «BOGE air. The Air to work» («BOGE hava. İş üçün hava») – bu şirkətin şüarıdır və özünün 113-illik tarixi ərzində bunu tam olaraq əsaslandırmışdır. Bu gün 120 fərqli ölkədə 100.000-dən çox istifadəçisi var, sənaye və iqtisadiyyatın bütün sahələri üçün sıxılmış hava sahəsində kompressorlar və sistemli həllərin aparıcı qlobal təchizatçılarından biridir. Bütün dünyada BOGE Otto Compressoren tərəfindən istehsal olunan sıxılmış hava sistemi həllərinə etibar edirlər.

Brend, ilk növbədə, Alman İmperiyası dövründən bəri açılan bir ailə biznesi olduğu üçün və bu gün Almaniyada istehsal olunan məhsulların etibarlılığının və yüksək keyfiyyətinin zəmanətli olması ilə dünyaca məşhurdur.

Ağıllı mühəndislik, yenilikçi həllər və keyfiyyət – bunlar BOGE-nin ilk gündən bəri və Almaniyada düşünülmüş dəyərləridir.

BOGE, mədən sənayesi və avtomobil istehsalından tutmuş tibbi sənaye və qida emalına qədər əhəmiyyətli bir enerji mənbəyi kimi kompressor mühəndisliyi və sıxılmış hava sistemlərinin qlobal inkişafının formalaşmasında həlledici rol oynayır.

Ümumilikdə, şirkətdə 880-dən çox işçi çalışır. Törəmə şirkətin geniş şəbəkəsi, servis və satış üzrə xidmət və ortaqları, BOGE-ni ən vacib hədəfimizə: müştəri məmnuniyyəti, rahat, fasiləsiz istehsala çatmaqda dəstəkləyir.

Onlar BOGE-ni idarə edirlər!

Soldan sağa: Olaf Hoppe (icraçı direktor), Rolf Struppek (məsləhət şurasının sədri), Wolf D. Meier-Scheuven (Отто Bogenin nəticəsi, şirkəti dördüncü nəsildə idarə edir!), Michael Rommelmann (İstehsalat və mühəndislik üzrə Baş Vitse-Prezident).

 

Tarix

Otto Boge şirkətin təməlini 1907-ci ildə qoymuşdu və o vaxt qardaşının istehsal etdiyi qapı bağlayıcılarını satmaqla başlamışdı. Birinci Dünya Müharibəsindən sonra Otto sürətlə böyüyən avtomobil və motosiklet sənayesi üçün xüsusi alətlər istehsal edərək tez bir zamanda özünə ad qazandı. Nəhayət, BOGE kompressorlar və sıxılmış hava qurğuları istehsalçısı oldu və bu gün bu sahədə dünyanın aparıcı tədarükçüsüdür.

 

1907 – Şirkətin təməli

Otto Boge (1878-1937) öz karyerasını Bilefeld şəhərində başlayıb və şirkəti ölümünə qədər idarə edib.

1925-ci ildən ilk BOGE kompressorları istehsal olunmağa başladı.

2020-ci ildə şirkət yaranmasının 113 ilini qeyd etdi.

Uğurlu ailə biznesinin mərhələləri – dördüncü nəsil sıxılmış hava sahəsində qabaqcıllardan tutmuş aparıcı texnologiyaya kimi!

Wolf D. Meier-Scheuven

Отто Bogenin nəticəsidir, şirkəti dördüncü nəsildə idarə edir.

 

BOGE air elektrik enerjisinə qənaət deməkdir

Elektrik enerjisi xərcləri şirkətin maliyyə balansının əsas amilidir. BOGE şirkəti optimal effektivliklə sıxılmış hava sistemlərini inkişaf etdirir və öz müştəriləri ilə enerji xərclərini azaltmaq və prosesləri optimallaşdırmaq üzərində çalışır.

 

BOGE air təmiz ekologiya deməkdir

Məhdud təbii ehtiyatların diqqətli idarə olunması iqtisadiyyat üçün bir zərurətdir və bütün cəmiyyətin məsuliyyətidir. BOGE, maksimum səmərəlilik və xammaldan səmərəli istifadə ilə həll yollarını inkişaf etdirir.

BOGE air rahatlıq deməkdir

Bizim müştərilərimiz BOGE-də çoxsaylı imkanları olan geniş avadanlıq çeşidi tapa bilərlər (istifadə ediləcəyi sahədən asılı olaraq sistemlərin sazlanması üçün).

Minimal yük itkisi, maksimal məhsuldarlıq, intellektual idarəetmə və tezliyə nəzarət avadanlığı BOGE kompressorlarının optimal enerji səmərəliliyini təmin edir.

 

 

Geniş məhsul çeşidi: uzun müddətli xidmət göstərən pistonlu və vidalı kompressorlar, sıxılmış havanın emalı üçün avadanlıqlar və idarəetmə vasitələri, müştərilərimizin hər birinin ehtiyacları üçün səmərəli sistemlər qurmağa kömək edir.  

 

Keyfiyyətli sıxlmış havanın xüsusilə vacib olduğu müştərilər burada yenilikçi yağsız kompressorları tapa bilərlər.

 

BOGE havası – bir keyfiyyətdir

Sıxılmış hava sistemləri etibarlı işləməlidirlər. Bu səbəbdən də BOGE ən yaxşı materiallarla, ən yaxşı və ağıllı alman texnologiyası ilə işləyir.

 

 

BOGE air xidmət deməkdir

BOGE kompressorları və sıxılmış hava sistemləri onların üzərinə düşən vəzifələri etibarlı şəkildə yerinə yetirmək üçün – uzun illərdir və saysız-hesabsız iş saatları müddətində çalışır. Bu səbəbdən, biz hesab edirik ki, premium-sinif məhsulları özündə texniki problemin həllinə yardım, fərdi texniki xidmət müqaviləsi, yoxlama və ya təmirin olub olmamasından asılı olmayaraq, hər zaman birinci dərəcəli xidməti ilə müşayiət olunmalıdırlar.

 

HƏLL

BOGE sıxılmış hava sistemləri özündə enerji səmərəliliyini, davamlılığı və istehsalatı birləşdirir.

BOGE air qida məhsullarının təhlükəsizliyi deməkdir


Pasta, şokolad və ya myuslinin içərisində mineral yağ izlərinin aşkarlanması barədə getdikcə daha çox xəbərlər mövcuddur. Bu səhvin mümkün səbəbləri arasında istehsal maşınlarında sürtkü yağlarının və ya mineral yağ tətbiq olunan qablaşdırmanın mövcudluğudur. BOGE tamamilə etibarlı yağsız sıxılmış hava sistemlərində ixtisaslaşdığı üçün, əslində, təhlükəsiz qida istehsalı çox asandır.



Bu, xüsusilə qida istehsalında həyati əhəmiyyət kəsb edən sıxılmış havaya aiddir. İstər unun daşınması, istər kahı yarpaqlarının çeşidlənməsi, istərsə də qablaşdırmanın təmizlənməsi zamanı 0 sinif yağsız sıxılmış hava, qida məhsulları istehsalının istehlakçı sağlamlığına zərər verməməsi üçün zəruri şərt hesab olunur. Lakin sovrulan havanın keyfiyyətinin əhəmiyyəti, bu mərhələdə, çox vaxt qiymətləndirilmir.

 

YAĞSIZ MƏHSULLAR

Bütün yağsız məhsullara ümumi baxış

BOGE BLUEKAT VİDALI KOMPRESSORU

Bu seriyada, istənilən şəraitdə 0 sinif yağsız sıxılmış havanın verilməsi üçün sübut edilmiş çevirici texnologiyasından istifadə edilir.

BOGE SPİRAL KOMPRESSORLARI

BOGE spiral kompressorları tamamilə yağsız sıxılmanı təmin edir və bu səbəbdən, həm də 0 sinif çox yüksək keyfiyyətli sıxılmış hava da verir.

 

BOGE PO PİSTONLU KOMPRESSOR

BOGE pistonlu kompressoru, ayrı-ayrı tətbiq sahələrində mütləq şəkildə zəruri olan yüksəkkeyfiyyətli yağsız sıxılmış havanı yaradır.

BOGE SO VİDALI KOMPRESSORLARI

Bu modellər öz düşünülmüş dizaynı və yenilikçi iş prinsipləri ilə sübut edir ki,yağsız sıxılmış havanın təhlükəsiz və səmərəli şəkildə istehsalı mümkündür.

 

Bizimlə əlaqə

Suallarınız var?

“ANZ Energy” şirkəti Azərbaycan bazarında kompressor avadanlıqlarının paylanması və servisi üzrə BOGE-ni təmsil edir.

Hər zaman bizimlə əlaqə saxlaya bilərsiniz. 24/7  biz problemlərinizi həll etmək üçün sizin şəxsi əlaqə vasitənizik.

BOGE-yə qoşulmaqdan və şirkətin davamlı uğurlarına töhfə vermək fürsətinə sahib olmaqdan çox məmnunuq.

Öz tətbiq sahəniz üçün optimal qərar qəbul edə biləsiniz deyə, suallarınızı cavablandırmaqdan və müxtəlif növ BOGE kompressorları arasındakı fərqləri izah etməkdən məmnun qalacağıq.

 

Start typing and press Enter to search

Shopping Cart

No products in the cart.