BİZƏ ZƏNG EDİN
+99477 450 20 15
|

FİRSTAİR

FirstAir, ALMiG Kompressoren GmbH şirkətinin ticarət nişanıdır və geniş çeşidli vidalı hava kompressorları, quruducular və filtrlər təklif edir. Şirkətin baş ofisi Almaniyanın Köngen şəhərindədir.

FirstAir istehsalçısının vida, pistonlu, spiral və qanadlı hava kompressorları yüksək keyfiyyətli istilik tənzimləyici klapanlar, giriş klapanları və ayırıcılarla birlikdə, etibarlılığı və uzunömürlüyü təmin edən xüsusiyyətləri ilə seçilir. Yüksək effektivli vida blokları və IE3 elektrik mühərrikləri sayəsində vidalı kompressorlar ən yüksək texnoloji standartlara cavab verir və FirstAir avadanlığını yüksək FİƏ ilə təmin edir.

 

Şirkət yeni məhsullar istehsal edərkən ətraf mühitin qorunması və enerji səmərəliliyi baxımından ən yüksək tələblərə riayət edir.

FirstAir Azərbaycan bazarında kifayət qədər rəqabət qabiliyyətli qiymətlər təklif edir.

MƏHSULLAR:

  • VİDALI KOMPRESSORLAR

FAS

FAS-R – qəbuledici ilə

FAS-AT — qəbuledici və quruducu ilə

SC seriyasından FAS kompressorları

Nominal mühərrik gücü 3 ilə 90 kVt arasında və işçi təzyiqi 8 ilə 10 bar arasında olan hava soyuması ilə

  • QURUDUCULAR
  • FİLTRLƏR:

Mikrofiltrlər

Submikrofiltrlər

Karbon filtrlər

Kobud təmizlik üçün kobud filtrlər

FirstAir Kompressorları (FAS), 3 kVt-dan 250 kVt-a qədər gücə malik, hava və su ilə soyudulmuş bir pilləli fırlanan vidalı kompressorların tam bir model sırasını təklif edir. FirstAir kompressorları sənayedə istifadə üçün nəzərdə tutulmuşdur və davamlı istismar zamanı öz effektivliyini təsdiqləmişdir.

 

 

FirstAir  Servis Xidməti

Yüksək istismar təhlükəsizliyi və etibarlılığı sizin üçün vacibdirmi? Bizim üçün də!

Buna görə FirstAir öz müştərilərinə fərdi ehtiyaclarınıza cavab verən hərtərəfli bir xidmət təqdim edir. Bizim mütəxəssislərimiz hər zaman sizin ixtiyarınızdadır, hər an kömək etməyə və məsləhət verməyə hazırdır.

Siz aşağıdakı xidmətlərdən istifadə edə bilərsiniz:

— Texniki problemlər zamanı fərdi dəstək

— Telefon dəstək xətti

— Məsləhət və diaqnostika

— İdarəetmə və koordinasiya

Servis xidmətinin qaynar xətti:

 

Yerli dileriniz – “ANZ Energy” sizin əsas əlaqələndirici şəxsinizdir və texniki suallarınız yaranan zaman kömək etməkdən məmnun olacaqdır.

Servis xidmətimizlə (+994) 77-450-20-13 nömrəsi ilə əlaqə qura bilərsiniz və biz sizə dərhal peşəkar dəstəyimizi göstərəcəyik. Əksər hallarda problem telefon danışığı yolu ilə həll edilə bilər. Biz sorğunuzun tez və tam şəkildə cavablandırılmasını təmin edəcəyik.

Start typing and press Enter to search

Shopping Cart

Корзина пуста.